İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

"Yaxud məxluqatı öncə yaradan, (öldükdən) sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" ("Nəml" surəsi, 64)

Müəllif Haqqında

Adnan Oktarın həyatı və əsərləri

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq, həyatının hər dövründə, bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və dayanıqlılıq göstərərək, materialist, Darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirməkdədir.

Davamı...

Kokain sui-qəsi

1991-ci ilin ortalarında fəaliyyətlərindən narahat olan bəzi qrupların təsiri ilə Adnan Oktar gizli və planlı şəkildə sui-qəsd ilə qarşı-qarşıya qaldı. Bu dövrdə o masonluğun tarixi və dünya masonluğunun təşkilatlanması haqqında son dərəcə əhəmiyyətli bir kitabın üzərində işləyirdi.

Adnan Oktar anası ilə birlikdə yaşadığı Ortaköydəki evinə gələrək axtarış aparan polislər, təxminən iki min kitabdan ibarət olan kitabxanada götürdükləri birinci kitabın içindən bir paket kokain tapdılar.

Davamı

Adnan Oktar bir gününü necə keçirdiyini açıqlayır.

Mənin günüm çox mənalı keçir və çox işləyirəm, əlavə yuxuya vaxt ayıra bilmirəm, çünki mən yuxunu həyatdan alınmış bir parça kimi görürəm. Onun üçün 3-4 saatdan çox yatmaram, sabah namazından qalxıram. Ondan sonra daima hərəkətdə oluram. Qəzet oxumaqdan çox xoşum gəlir. Amma internet vasitəsilə deyil. Xəbərləri çox sürətlə oxuyuram, məni maraqlandıran yerlər varsa onları qeydə alıram.

Davamı

Harun Yəhya əsərləri vasitəsi ilə iman edənlər və imanını gücləndirənlər.

Harun Yəhya əsərlərinin dünya miqyasındakı təsirini göz önünə gətirən ən vacib tərəflərindən biri bu əsərlər vasitəsi ilə iman edən və imanı güclənən çoxlu sayda insan olmasıdır. Bununla əlaqədar çoxlu oxucu məktubu və mesajı gəlir. Burada sadəcə az bir qisminə yer verəcəyimiz bu mesajlar Harun Yəhyanın əsərlərinin təsirinə bir neçə nümunədir.

Davamı

Haqqımızda

Quran əxlaqının bütün insanlar arasında yayılması üçün səy göstərmək iman və vicdan sahibi bütün insanların məsuliyyətidir. Allah Quranın "Sizdən; xeyirə çağıran, yaxşılığı (marufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Qurtulacaq olanlar bunlardır." (Ali-İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti insanlara bildirmişdir. Bir başqa ayədə isə Allah bütün inananlara "…Artıq xeyirlərdə yarışın. Hamınızın dönüşü Allahadır…" (Maidə surəsi, 48) şəklində buyurmuşdur. Bu səbəblə hər insan əlindəki imkanlar ölçüsündə hər kəsi xeyirə çağırmağa, Quran əxlaqının təbliğ edilməsinə dəstək olmağa çalışmalıdır.

Bu nöqtədə Harun Yəhya əsərləri vicdan sahibi insanlar üçün böyük bir qaynaqdır. Heç bir ticari qayğı və maddi çıxar məqsədi güdmədən, yalnız Allah rizası üçün, böyük bir fədakarlıq ilə hazırlanmış bu əsərləri başqalarına tövsiyə etmək, bu əsərləri insanların satın almalarını, imkanı olmayanlarında satın ala bilməsələr belə internetdən oxumalarını təmin etmək də böyük bir xidmətdir. Bu şəkildə tək bir adam bütün tanıdıqlarını bu saytlara baxmağa yönəldə bilər. Onların hər biri də yenə eyni şəkildə yüzlərlə adamı təşviq etmiş olsa, Quran əxlaqı bu saytlar vəsiləsiylə çox qısa zamanda çox sayda insana çatmış olacaqdır.

Hər biri əhəmiyyətli bir dəstək mənasını verəcək olan bu işlər, əgər Allahın razılığı güdülərək edilsə, inşaAllah böyük mənəvi qazanclara da vəsilə olacaq. Çünki bir Quran ayəsində ifadə edildiyi kimi, "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər…" (Nisa surəsi, 85)

 

Bu minvalla yola çıxaraq Azərbaycanlı bəzi gənclər 313 Veb Dizayn Studiyası qurmağa qərar verdi. Harun Yəhya saytlarını Azərbaycan dilinə tərcümə edərək yeni saytlar açmağı əsas hədəf halına gətirmişik. “Hər həftə yeni bir sayt” şüarı ilə qısa müddətdə Allahın icazəsi ilə bütün saytları Azərbaycan dilində hazırlayıb Azərbaycan dilindəki resursları artırmağı düşünürük.

 

“Bir işə səbəb olan, o işi etmiş kimidir” hədisinin də bildirdiyi kimi heç bir maddi məqsəd güdmədən sizlərdə əgər bizə bu yolda kömək etmək istəsənizƏlaqə bölməsindən bizə yazabilərsiniz.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313