İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Allahdan başqa tanrı yoxdur

İslamın əsası Allahın varlığını başa düşmək və Ondan başqa heç bir tanrının olmadığını qavramaqdır. Allah İslamın ilahi mənbəyi olan Quranda dinin əsası sayılan ən böyük həqiqəti belə bildirir:


"Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir" ("Bəqərə" surəsi, 163)


Həqiqətdə mütləq var olan Allahdır, digər hər şey isə Onun yaratdıqlarıdır. İçində yaşadığımız kainatı Rəbbimiz yaratmışdır. Kainat yaradılmamışdan əvvəl isə maddi mənada heç bir şey yox idi. Canlı və cansızlar varlıq halına gətirilməmişdi. Sözün əsl mənasında bir yoxluq mövcud idi. Kainatın yaradıldığı an zamanı, məkanı və maddəni bunlara tabe olmayan və sonsuzluğun sahibi Əzəli və Əbədi olan Allah yaratdı. Allah bir Quran ayəsində kainatdakı qüsursuz yaradılışı belə xəbər verir:


"Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız "Ol!" deyər, o da dərhal olar" ("Bəqərə" surəsi, 117)


Bu anda meydana gələn hər şeyi, hər an Allah yaradır. Yağan hər yağış damcısını, anadan olan hər uşağı, yarpaqlarda baş verən fotosintezi, canlıların bədənindəki hərəkətləri, qalaktikalardakı ulduzların hərəkət istiqamətlərini, cücərən hər toxumu və bildiyimiz-bilmədiyimiz hər hadisəni davamlı şəkildə Allah yaradır. Kainatdakı böyük-kiçik hər təfərrüat Onun əmri ilə işləyir:


"Yaxud məxluqatı öncə yaradan, (öldükdən) sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" ("Nəml" surəsi, 64)


Canlı hüceyrələrindən kainatdakı ulduzlara qədər bütün sistemlər mükəmməl bir nizam içində nöqsansız olaraq fəaliyyət göstərir. Bu heyrətamiz nizama hər an nəzarət edilir, nizamlanır, böyük bir ahənglə davam etdirilir. Çünki Rəbbimizin sonsuz elmi bütün varlıqları əhatə etmişdir:


"Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?! Sonra  gözünü qaldırıb iki dəfə bax. Göz orada zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!" ("Mülk" surəsi, 3-4)


Bütün bu həqiqətlərə baxmayaraq Allahın yaradılışını rədd edib bu xüsusiyyəti Onun yaratdığı varlıqlara şamil etmək çox böyük ağılsızlıqdır. Kainatdakı mükəmməl nizam və canlılardakı qüsursuz mütənasiblik bütün bunların hamısının bir Yaradanın yaratdığını göstərir. Allah bir Quran ayəsində Özündən başqa heç bir tanrı olmadığını və Ondan başqa heç bir varlığın kainatda gücü olmadığını belə xəbər verir:


"Allah heç bir övlad gətirməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi digərindən üstün olmağa çalışardı. Allah müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə kənardır!" ("Muminun" surəsi, 91)


Allah hər şeyi əhatə etmişdir. O, əsl və tək mütləq varlıqdır. Bütün varlıqlar Ona boyun əymişdir. Allahın nəzarət etmədiyi, yoxlamadığı heç bir varlıq və canlı yoxdur. Hər şeyə gücü çatan Allah hər cür zəifliklərdən və acizliklərdən uzaqdır.

 

"Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O, nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən  başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!" ("Bəqərə" surəsi, 255)

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313