İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizmin batil inancları

Buddizmin batil inancları ölkədən-ölkəyə böyük fərqlərə malikdir. Bunun səbəbi isə bu dinin 2500 ildir yayıldığı ölkələrin milli dini, ənənələri və yerli mədəniyyəti ilə qarışmasıdır. Bu gün Yaponiyada, Çində, Şri-Lankada, Tibetdə, Vyetnamda və Amerikada olan buddizm bir-birindən çox fərqlidir.


Tarixi mənbələrdən öyrəndiyimizə görə, Budda buddizmin əsas inanc və ibadətlərini insanlara öyrədərkən həmişə şifahi üslubdan istifadə etmişdir. Tədqiqatçılar da onun özündən sonra heç bir yazılı mətn qoymadığını bildirirlər. Buddistlər isə onun vəzlərinin 400 ilə qədər şifahi surətdə nəsildən-nəslə ötürüldüyünə və axırda "Pali-Kanon" adlı bir kitabda toplandığına inanırlar. Ancaq tədqiqatçıların gəldiyi müştərək fikrə görə, bu sözlərin əksəriyyəti Buddaya aid deyil, həmin sözlər bəzi əlavələrlə bugünkü hala gəlmişdir. Dolayısı ilə heç bir yazılı mətnə əsaslanmayan buddizm aradan keçən minlərlə il boyu çox böyük dəyişikliklərə məruz qalmış, təhrif edilmiş, əlavə və ixtisarlarla yeni-yeni şəkillərə salınmışdır.

Buddizmin müasir dövrdə müqəddəs qəbul etdiyi kitabın adı "üç səbət" mənasına gələn "Tipitaka"dır. Bu mətnlər Pali dili ilə yazılmışdır. "Tipitaka"nın nə vaxt yazıldığı isə qətiyyən məlum deyil. Ancaq onun bugünkü formaya eramızdan əvvəl I əsrdə Seylonda gətirildiyi qənaəti var. "Tipitaka" mətnlərinin hissələri bu formadadır:

1. Vinaya Pitaka: "Sanha" adlanan bu hissə özündə rahib və rahibələrlə bağlı qaydaları, bunların necə icra ediləcəyini ehtiva edir. Bu hissədə həmçinin rahib olmayan buddistlərlə bağlı mövzular var.

2. Sutta Pitaka: Buddanın fikirlərini açıqladığı sözlərinin əksəriyyəti bu hissədədir. Buna görə də bu hissəyə "doktrina (dhamma) səbəti" də deyilir. Bu sözlər əsrlər boyu şifahi şəkildə nəql edilmiş, başqa əfsanələrlə, batil inanclarla bir-birinə qarışmışdır.

3. Abhidhamma Pitaka: Buddanın vəzlərinin izahları və buddizmin fəlsəfəsi bu hissədə yerləşir.

Günümüzdəki buddist rahiblər bu mətnlərin müqəddəsliyinə inanır, ibadətlərini bu kitablara görə yerinə yetirir və bütün həyatlarını bu kitablara uyğun olaraq tənzimləyirlər. Bu mətnlərdə Budda sanki bir tanrı kimi göstərilmişdir. (Allah bütün qüsurlardan uzaqdır). Buna görə də günümüzdəki buddistlər Buddanın heykəlləri qarşısında səcdə edir, bu heykəllərə müxtəlif yeməklər təqdim edir, onlardan kömək istəyirlər. Halbuki bu, çox şüursuz və məntiqsiz bir hərəkətdir. Daşdan, bürüncdən, tuncdan düzəldilmiş bu heykəllərin onları eşidəcəyinə, kömək edəcəyinə inanan buddistlər çox böyük yanlışlıq içindədir. Kitabın sonrakı fəsillərində daha ətraflı olaraq görəcəyimiz bu bütpərəst hərəkətlərlə yanaşı onu da biləcəyik ki, buddizm kainatın necə ortaya çıxması, dünyadakı qüsursuz sistemlərin necə fəaliyyət göstərməsi kimi mövzulara toxunmayan, ancaq insan üzərində toplanan sirli bir təlim halına gəlmişdir.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313