İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizmə görə dünya həyatı

Əvvəl də qeyd etdiyimiz kimi, karma inancında insanlar bir-birini əvəzləyən yeni həyatlardan təşkil olunan həyat dairəsinin heç başa çatmadığına və hər ölümdən sonra mütləq yenidən diriləcəklərinə inandıqları üçün qarşılarında saysız imkanları olduğunu zənn edirlər. Dolayısı ilə bir insan hər hansı bir pis iş görmək istəsə, "sonrakı həyatımda daha pis yaşasam da onlan sonrakı həyatımda bunun əvəzini çıxaram" deyə fikirləşə bilir. Belə çürük əsasların üstündə bina edilən bir anlayışın insanları pisliklərdən çəkindirməsi mümkün deyil. Çünki dünya həyatına bağlılıq insanların əksəriyyətinin mühüm bir zəifliyidir. Onların reenkarnasiya kimi batil bir fikrə inanmasının ən mühüm səbəbi də bu bağlılıqları və dünya həyatından heç cürə əl çəkməmələridir. İnsanların öz davranışını köklü şəkildə düzəldərək gözəl əxlaqla yaşaması isə onların yalnız bu dünya həyatının həqiqi mənasını dərk etmələri ilə mümkün olur.

Dünya həyatının həqiqi yönünü bilən bir insan onu və bütün kainatı yaradan, onu qoruyan və mərhəmət edən Rəbbimizə qulluq üçün yaradıldığını, hər etdiyində, hər sözündə və düşüncəsində Allah qarşısında məsuliyyət daşıdığını və ölümündən sonra Ona hesab verəcəyini bilir. Dünya həyatının yaradılış səbəbini Rəbbimiz "Mülk" surəsində belə bildirir:


"Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır" ("Mülk" surəsi, 2)


Ayədən də aydın olduğu kimi, Allah həyatı insanları sınamaq üçün yaratmış, onları dünyada müvəqqəti olaraq yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi imtahan edir. Allah iman gətirənlərlə inkarçıların ortaya çıxması, inananların pisliklərdən təmizlənməsi və cənnət əxlaqına yiyələnməsi üçün həyatı davam etdirir. Yəni dünya ancaq Allahın razılığını qazana bilməyimiz üçün bir sınaq, bir təlim yeridir. Allah insanları Ona qulluq etmək üçün yaratdığını belə bildirir:


"Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, çəkinəsiniz!" ("Bəqərə" surəsi, 21)


Allah insanlara onların qoruması lazım olan sərhədləri, razı olacağı və olmayacağı davranışları aşkar şəkildə bildirmişdir. Buna görə də insan dünyada göstərdiyi davranışı ilə əbədi həyatında ya cəza çəkəcək, ya da mükafata nail olacaqdır. Buna görə də yaşadığımız hər saniyə bizi ya cənnətə, ya da cəhənnəmə yaxınlaşdırır. Allah bu həqiqəti bəndələrinə əksər ayələrində xatırladır və onları həmin günə qarşı xəbərdar edir:


"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır!" ("Həşr" surəsi, 18)


Allahın əzab verməyindən qorxan möminlər ancaq Ona qulluq edər, Onun əmrlərinə qeyd-şərtsiz tabe olar, pisliklərdən çəkinərək Rəbbimizi razı salacaq hərəkət edərlər. Bir insanın həqiqi mənada üstün əxlaqa sahib olmasının, öz mənfəətlərinə zidd olsa da gözəl əxlaqdan bircə addım da geri çəkilməməsinin yeganə yolu Allaha qarşı güclü bir sevgisinin və bağlılığının olması, Ondan qorxub çəkinməsi və Ona quluq etməkdə iradəli olmasıdır. Əks təqdirdə hər insanın özünə aid bəzi gözəl əxlaq xüsusiyyətləri ola bilər. Bunlar ya azdır, ya qısa müddət ərzində özünü göstərir, ya da bəzi səbəblərlə bağlıdır. Buddizmdə də insanlara bəzi gözəl davranışlar tövsiyə edilir. Ancaq bunların Allah dərgahında bir dəyəri olmaya bilər. Onu yoxdan yaradan Allahın varlığını nəzərə almayaraq Ona qarşı nankor olan bir insanın ətrafındakı insanlara bəzi yaxşılıqlar etməsinin nə dəyəri ola bilər ki? İnsanın etdiyi işlərin dəyəri olması üçün onun Allaha iman gətirməsi, etdiyi hər şeyi Onun razılığını qazanmaq üçün etməsi, Onun qədrini lazım olduğu kimi təqdir etməsi və Allahdan qorxub çəkinməsi lazımdır. Buna görə də möminlərin gözəl əxlaqı romantik təmayüllərə əsaslanmaz. Allahın Quranda da bildirdiyi kimi, onların ibadəti davamlı və fasiləsizdir:


"Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!" ("Məryəm" surəsi, 76)


"Göylərdə və yerdə nə varsa, hamısı Onundur! Din də daim Onundur. Belə olduğu təqdirdə Allahdan başqasındanmı qorxursunuz?" ("Nəhl" surəsi, 52)


"Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir!" ("Kəhf" surəsi, 46)


İnsanlar dünya həyatının müvəqqəti və aldadıcı bər-bəzəyinə həvəslə bağlanmaqdan çəkinməlidirlər. Çünki axirətdə insanların varlı olmasının, gözəlliyinin və dünyada sahib olduqları heç bir şeyin onlara xeyri olmayacaq. Torpağa basdırılan bədənləri çürüyəcək, malları dövr keçdikcə yox olacaq. O insanlar da başqa insanlar kimi hesaba çəkilmək üçün Rəbbimizin hüzuruna çıxacaq. Dünya həyatı çox qısadır. Hazırda 30 yaşında olan bir insana bu yaşına qədər nələr gördüyünü, nələr yaşadığını soruşsanız "hər şey çox sürətli keçdi" cavabını verəcək. Bu insan təxminən bunun kimi bir 30 il də yaşayacaq. Sonra həyatı qurtaracaq.

Allah ayələrdə diqqətləri dünyada yaşanan bu vaxtın qısalığına yönəltmiş, insanların axirətdə bunu açıq formada etiraf edəcəklərini bildirmişdir:


"Gündüz bir saat belə (dünyada) olmamışlar kimi bir yerə toplayacağı gün..." ("Yunus" surəsi, 45)


"Qiyamət qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər" ("Rum" surəsi, 55)


Elə isə insanın qısa dünya həyatının keçici bər-bəzəyinə aldanıb sonsuz axirət həyatını yada salmaması çox böyük ağılsızlıqdır. Çünki insanın Allaha hesab verəcəyi gün qəti bir həqiqətdir. Allah "Yunus" surəsində belə buyurur:


"Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir!" ("Yunus" surəsi, 7-8)


Dünya həyatına aldanmayan, Allahın razılığını və sonsuz axirət həyatını seçənlərə isə Rəbbimiz bu cür müjdə verir:


"Biz axirət qazancını istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur" ("Şura" surəsi, 20)

Allah dünyada da insanlara nemətlərini verməsinə baxmayaraq ayələrində davamlı olaraq axirətin nemətlərini istəməyi nəsihət edir. Çünki onlar daha xeyirli və daha sürəklidir ("Taha" surəsi, 131).

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313