İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizm təzyiq edən və kölələşdirən bir dindir

Buddizmin insanın bütün arzularını yox etməyə çalışması isə məhdud dünyagörüşünün başqa bir cəhətidir. Allah dünyadakı nemətləri insanların onlardan istifadə etməsi, zövq alması və əvəzində də Ona şükr etməsi üçün yaratmışdır. Buna görə də İslam insanlara arzularını içlərində boğmağı, özlərinə əziyyət və iztirab vermələrini əmr etməz. Əksinə, Allah insanlara dünyadakı gözəlliklərdən (çirkin və pis olan haram davranışlardan başqa) istifadə etmələrini, özlərinə mənasız yerə məhdudiyyət qoymamalarını, özlərinə əziyyət verməmələrini əmr edir. Buna görədir ki, Allah Peyğəmbərimizin (s.ə.v.) vəsflərini qeyd edərkən Onun insanların "üstlərindəki buxovları açdığını" xəbər vermişdir:


"O kəslər ki, əllərindəki Tövratda və Incildə yazılmış gördükləri rəsula - ümmi peyğəmbərə tabe olurlar. Onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla endirilmiş nurun ardınca gedənlər - məhz onlar nicat tapanlardır!" ("Əraf" surəsi, 157)


Qısası, İslam azadlıq verir. İnsanın mənasız adət-ənənələrdən, qadağalardan, cəmiyyətin təzyiqlərindən, "başqaları nə deyər" qorxusundan qurtarıb ancaq Allahın razılığını qarşısına məqsəd qoyan səadətli həyat yaşamağa dəvət edir. Həmçinin Peyğəmbərimiz (s.ə.v.) də əksər hədislərində insanlara dini asanlaşdırmağı əmr etmişdir:
"Sevindirin, nifrət etdirməyin; asanlaşdırın, çətinləşdirməyin".

"Asanlaşdıranlar olaraq göndərildiniz, çətinləşdirənlər olaraq göndərilmədiniz".

Buddizm isə insanları dumanlı monastırlara, əzab və səfalətlə dolu olan bir həyata sürükləyən, kölələşdirən bir inancdır. Allahın insanlar üçün yaratdığı nemətləri (gözəl yeməkləri, təmizliyi, rahatlığı) qəribə bir formada qadağan edir, əzab çəkməyi bir məziyyət olaraq qəbul edib onlara tabe olanlara əziyyət çəkməyi nəsihət edir.

Məsələn, buddist rahiblər üçün həyat müxtəlif çətinliklərlə doludur. Onlar işləyə və mülk sahibi ola bilməzlər. Gündəlik yeməklərini əllərində bir qab insanların arasında gəzib dilənərək təmin etmək məcburiyyətindədirlər. Hətta buna görə buddist rahiblər xalq arasında "bhikkus" (dilənçilər) adı verilmişdir. Evlilik və hər cür ailə həyatı da rahiblərə qadağandır. Hər rahibin ancaq bir paltarı ola bilər. Bu da keyfiyyətsiz və sarı parçadan olmalıdır. Bu geyimdən başqa yeganə əşyaları da yatmaq üçün istifadə edə biləcəkləri bərk bir yataq, saçlarını qırxmaq üçün ülgüc, iynə, sap və dilənmək üçün bir qabdır. Gündə bircə dəfə (bir öyün) yemək yeyirlər. Bu da günortadan əvvəl olmalıdır. Günortadan sonra ertəsi günə qədər nəsə yemək qadağandır. Yeməkləri də əsasən çörək, düyü və göyərtilərdən ibarət olur. İçdikləri isə su və ya düyü suyudur. Başqa yeməklər dəbdəbəli sayılır və qadağandır. Hətta dərmanlar da yasaqdır. Ət, balıq və meyvə kimi qidaları ancaq xəstə olarlarsa və o da özlərindən yüksəkdə dayanan rahibin izni və dəvəti ilə yeyirlər. Qısası, buddizm bir növ "özü-özünə əziyyət vermək" dinidir.

Bu vəziyyət Allahın Quranda bildirilən "Həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!" ("Yunus" surəsi, 44) ayəsinin də bir təcəllasını təşkil edir. Halbuki Allah iman gətirib Ona təslim olanlara həm bu dünya həyatında, həm də axirətdə çox gözəl bir həyat vəd etmişdir. Həm dünyadakı bütün nemətlər, həm də axirətdəki sonsuz nemətlər onlarındır:


"De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur". Biz ayələrimizi anlayıb bilən bir tayfaya belə ətraflı izah edirik" ("Əraf" surəsi, 32)


Buddizmin başqa qaranlıq yönlərindən biri də onun bədbinliyidir. İnananlarına vəd etdiyi "Nirvana" bütün dünyaya bədbin baxan melanxolik bir zehniyyətin həyatla olan bütün əlaqələrini şizofrenik bir şəkildə kəsməsindən başqa bir şey deyil. "Katolik Ensiklopediyası" ("The Catholic Encyclopedia") buddizmin bu xüsusiyyətini belə izah edir:
"Buddizmin başqa ölümcül səhvi yanlış pessimizmdir. Sağlam və güclü bir zehin (buddizmin) həyatı yaşamağa dəyər görməyən və hər cür şüurlu mövcudiyyəti pis qəbul edən yaxınlaşmasına qarşı çıxacaqdır. Buddizm təbiətin təməl xüsusiyyəti ümid və sevinc olan səsi tərəfindən təkzib edilir. Əslində (buddizm) şüurlu həyatın mükəmməlliyinə qarşı bir növ etirazdır. Buddizmin ən böyük istəyi bütün canlıları "Nirvana" adlanan şüursuz həyat modelinə aparmaq və beləliklə, təbiətdəki mükəmməlliyi yox etməkdir. Dolayısı ilə buddizm təbiətə qarşı günah işlədir və bunun nəticəsində fərdə qarşı da cinayət işləyir. (Buddizmə görə), bütün məqbul arzular basdırılmışdır. Hər cür məsum istirahət və əylənmək qadağandır. Musiqidən həzz almaq yasaqdır. Təbiət elmləri haqqında tədqiqat aparmaq təhqiramiz iş kimi qəbul edilir. İnsanın zehni ancaq buddist mətnləri əzbərləməyə və buddist metafizikası haqqında işləməyə cəmlənməlidir. Buddizmin dünyada həyata keçirmək istədiyi ideal mövcud olan hər şeyə qarşı laqeydlikdir".

Halbuki İslam insanlara laqeydliyi deyil, əksinə, canlılığı, sevinci və hərəkiliyi gətirir. İslam tərbiyəsi alan bir insan ətrafında baş verən hadisələrə qarşı da həssas olur. Dünyanı buddizmdə olduğu kimi üz çevrilməsi vacib olan bir xaos kimi deyil, Allahın Quranda tərif etdiyi gözəl əxlaqı tətbiq etmək üçün yaradılmış bir imtahan yeri olaraq görür. Buna görədir ki, İslam tarixi son dərəcə adil və müvəffəqiyyətli, xalqa xoşbəxt və sevincli bir həyat bəxş edən idarəçilərlə doludur. Buddizm isə ancaq özləri özlərinə əziyyət verən, xalqlarını da özləri ilə birlikdə passivliyə və dolayısı ilə kasıbçılığa aparan, hətta qarşılarına çıxan problemlər qarşısında yeganə çarəni özünü yandırmaqda görən zavallı insanlar "istehsal" edir. Bu, şeytanın insana qarşı oynadığı oyunlardan biridir.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313