İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizm: materialist mədəniyyətə saxta mənəviyyat

Ateizmin qeyd edilən elmi süqutu bu gün Qərb dünyasında buddizmin niyə körükləndiyi sualı ilə də sıx bağlıdır. Ateist və materialist Qərb mədəniyyətinin memarları nəzəriyyələrinin puç olduğunu görürlər. Buna görə də ilahi dinlərə meylin güclənməsinə mane ola bilmək üçün bunun həllini buddizm kimi bütpərəst dinlərin yenidən canlandırılmasında görürlər.
Başqa sözlə, buddizm - və ona oxşayan başqa bütpərəst inanclar - materializmə saxta bir "mənəviyyat" əlavə edilməsidir.


Elə isə materialist Qərb mədəniyyəti buna niyə ehtiyac hiss edir? Qərb dünyasının iki min illik zehni inkişafını (və degenerasiyasını) tədqiq edən ingilis yazıçıları Maykl Beycent, Riçard Leyq, Henri Linkoln Qərb dünyasının XX əsrdə bir ideya böhranı içinə düşdüyünü bildirirlər. Başqa sözlə, Qərb cəmiyyətlərinə qəbul etdirilən materialist fəlsəfə və həyat tərzi insanları Allahın varlığı və Ona ibadət həqiqətindən qopararaq onların həyatını mənasız hala gətirmişdir. Beycent, Leyq və Linkolnun sözləri ilə desək, "həyat hər hansı bir mənadan və müəyyənedicilikdən tamamilə qopmuş və heç bir konkret hədəfə yönəldilməyən təsadüfi bir mövcudluq halına gəlmişdir".


Bu ideya böhranına bir tərəfdən də materialist nəzəriyyələrin elmi səviyyədəki süqutunun əlavə edilməsi insanların ilahi dinlərə - xüsusilə də İslama - yenidən yönəlməsinə səbəb olmuşdur. Buna görədir ki, bu gün xristian, müsəlman və yəhudi dünyasında din yüksəlir. Dinə inananların və dini tətbiq edənlərin nisbəti getdikcə artır. Dini təfəkkür və dəyərlər cəmiyyətin həyatında daha çox yer tutmağa başlayır.


Buddizm və buna bənzəyən bütpərəst inanclar bu yüksəlişin qarşısını almaq, dinsizliyin ideya böhranı içində çabalayan insanlara saxta bir qurtuluş və çıxış yolu təqdim etmək üçün körüklənir. Buddizm, taoizm, hindiuzm, bunların Hare Krişna kimi versiyaları, bütün bu büpərəst təlimləri birləşdirən "New Age" kimi cərəyanlar, "başqa dünyalardan" gəldiyinə inanılan və "müqəddəs mətnlər" üzərində toplanan "UNO dinləri"... Bütün bunlar ateist və materialist ehkamlardan qopmaq istəməyən, buna baxmayaraq özlərinə bir cür "mənəviyyat" axtaran insanların qapıldığı boş-boş təlimlərdir. Bununla yanaşı heç bir təmələ əsaslanmayan boş bir təqlidçilik, nəzərləri özünə cəlb etmək arzusu da buddizmi seçən insanların qərarına çox böyük təsir edir.


Bu təlimlərin mənasız olduğunu başa düşmək üçünsə ancaq bir az fikirləşmək, onları ağıl və məntiq süzgəcindən keçirmək kifayətdir. Uzaq Şərq inanclarının təməli olan karma və reenkarnasiya inancı əvvəl də ətraflı şəkildə incələdiyimiz kimi heç bir məntiqə əsaslanmayan batil bir inancdır. (Ətraflı məlumat üçün Harun Yəhyanın "İslam və karma inancı" adlı kitabına baxa bilərsiniz). Bu dinlər Allahın varlığına inanmadığı, dolayısı ilə insanları hesaba çəkəcək ilahi bir məqam da tanımadığı halda hər insanın etdiyinin əvəzini görəcəyinə, "sonrakı həyat"ının buna görə müəyyən ediləcəyinə necə inana bilirlər? Bunu kim edəcəkdir? "Başqa dünyalardan gələnlər"ə sitayiş edənlər də çox batil bir inanc içindədirlər. Varlıqları tamamilə xəyal olan UNO-larla bağlı necə bir həyat fəlsəfəsi inşa edilə bilər? "Başqa dünyalardan gələnlər" mövcud olsalar da bu varlıqların insanlara doğru yol göstərəcəyinə təminat nədir? Ayrıca olaraq bunu da yaddan çıxarmamaq lazımdır ki, "başqa dünyalardan gələnlər" mövcud olsalar, mütləq onların da "yaradılmış" olmaları lazımdır. Bu batil inanclara qapılanlar həqiqi Yaradanları olan Allahın "Biz sizi yaratdıq. Məgər təsdiq etməzmisiniz?" ("Vaqiə" surəsi, 56/57) ayəsinin üstündə fikirləşməlidir. Rəbbimizin Quranda əmr etdiyi kimi, yenə Onun yoluna tabe olmalıdırlar:

 

"Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin.  Sizi Onun yolundan sapdıracaq yollara uymayın. Sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!" ("Ənam" surəsi, 6/153)

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313