İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddanı Allaha şərik qoşanlar

Buddizm etiqad əsasları, fəlsəfəsi və praktiki tərəfləri ilə bütpərəst bir dindir. Buddizmdə insanlar Buddaya qarşı coşğulu bir sevgi, dərin ehtiram və qorxu hiss edirlər. Onu adətən bir tanrı olaraq qəbul edirlər. Buddanın yaşadığı dövrdə ona sitayiş edilməsini təşviq etdiyinə dair bir sənəd, məlumat olmasa da Buddanın ölümündən sonra bütpərəst brahmanlar ardıcıl şəkildə Budda heykəlləri düzəltməyə başlamışdılar. Buddaya qarşı həddindən artıq sevgi bəsləyənlər də zaman keçdikcə bu heykəllərə sitayiş edərək onu tanrılaşdırmışdı (Allahı bunlardan uzaq tuturuq). Halbuki Allahın vəhyinə əsaslanan bütün dinlər Allahı bir və tək olaraq tanıyır, tövhid inancını əsas kimi qəbul edirlər. Allah Quranda "Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin" deyə buyurur ("Həcc" surəsi, 34).

Buddistlər sayaq Allahı inkar edib hamımız kimi bir insan olan Buddanı bütləşdirmək Quranda "Allaha şərik qoşmaq" şəklində tərif edilir. Şirk isə Allahın yüzlərlə ayə ilə insanlara xatırlatdığı çox böyük bir günahdır. Allah ayədə belə buyurur:

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük günah etmiş olur" ("Nisa" surəsi, 48).

Şirk kəlməsinin mənası "şəriklik"dir. Bu ifadə Quranda Allaha şərik qoşmaq mənasında işlədilir. Şirk hər hansı bir şeyə, hər hansı bir adama ya da bir anlayışa Allahla bərabər və ya Allahdan daha çox dəyər vermək deməkdir. Müşrik şirk qoşduğu varlığı Allahdan üstün tutur. Bütün sevgisini, hörmətini, marağını, heyranlığını ona istiqamətləndirir. Bu yanlış qənaət Quranda "Allahdan başqa tanrı qəbul etmək" şəklində tərif edilir.

İslam dini tövhid inancı üzərində qurulub. Allah "Lə iləhə illəhu" ("Ondan başqa tanrı yoxdur") ifadəsini Quranda dəfələrlə təkrar etmiş və onu iman gətirməyin ilk şərti olaraq müəyyənləşdirmişdir. Buna görə də şirki ən ümumi mənada "Lə iləhə illəhu" həqiqətindən azmaq, Allahdan başqa "güc və qüdrət sahibləri" olduğu kimi yanlış bir anlayışa düşmək şəklində tərif edə bilərik. Rəbbimiz Quranda Özünü bizə əksər sifəti ilə tanıdır və Ondan başqa tanrı olmadığını bir çox ayədə bildirir. Allah üstün adlarını "Həşr" surəsində bu cür xəbər verir:

 

"O, Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmlidir, mərhəmətlidir! O, Özündən başqa heç bir tanrı olmayan, ixtiyar sahibi, müqəddəs olan, salamatlıq, əmin-amanlıq bəxş edən, göz-qulaq olub qoruyan, yenilməz qüdrət sahibi, məcbur etməyə qadir olan, böyük olan Allahdır. Allah Ona qoşduqlarından ucadır. O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət, hikmət sahibidir!" ("Həşr" surəsi, 22-24).

 

Allah sifətlərini insanların üzərində təcəlla etdirir. Məsələn, Allah sonsuz mərhəmət sahibidir, insanlarda "mərhəmət edən" sifəti təcəlla edər və Allahın sifətləri həmin insanlarda görünər. Ancaq bu insanlar öz səyləri ilə, özlüklərində bu xüsusiyyətlərə malik deyillər. Yaratmaq gücünə sahib olan və Allahın sifətlərinə özlüyündə sahib ola biləcək hər hansı bir varlıq yoxdur və bunu etmək "Allahdan başqa tanrılar qəbul etmək" mənasına gəlir. Buddistlər kimi Allaha şərik qoşan insanlar isə Allahın bəzi sifətlərini başqa varlıqlara ithaf edirlər. Məsələn, Allah "hər şeyi haqqı ilə görən, gizlinin gizlinini biləndir". İnsan gizli bir iş edərkən, gizlənərkən, ətrafında heç kim yoxdursa, heç bir insan tərəfindən görülmədiyini zənn edərkən Rəbbimiz onu görür, bütün etdiklərini bilir. Allah kainatdakı hər hadisəni ən incə təfərrüatına qədər görür və bilir. Bu olayların hamısını yaradan Allahdır. Allah bir ayədə: "Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), hər şeydən xəbərdardır!" buyurur ("Ənam" surəsi, 103).

İnsan harada olursa-olsun Allah mütləq onunla birlikdədir. Hazırda da Allah sizin bu sətirləri oxuduğunuzu görür və nələri fikirləşdiyinizi bilir. Allah insanları hər yerdə gördüyünü belə xəbər verir:


"Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!" ("Yunus" surəsi, 61).


"Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!" ("Hədid" surəsi, 4).


Buddistlərin bütpərəst anlayışları isə bir çox məsələdə olduğu kimi bu məqamda da ortaya çıxır. Buddistlər Buddanı "hər şeyi görən" və "hər şeyi bilən" kimi qəbul edir. Buddizmin hakim olduğu ölkələrin dörd bir tərəfində nəzərə çarpan Budda heykəllərinə, məbədlərin üzərinə yerləşdirilən Buddanın gözləri həmişə bu azğın anlayışı ifadə edir. Buddistlər hər an Buddanın onları gördüyünü düşünür, buna görə də evlərini Buddanın heykəlləri ilə doldurur və onların qarşısında hörmətlə əyilirlər. Buddanın daşdan, taxtadan düzəldilmiş gözləri ilə onları görəcəyinə, taxtadan hazırlanmış qulaqları ilə onları eşidəcəyinə inanaraq həm çox böyük bir günah işlədir, həm də məntiqə zidd hərəkət edirlər.

Allah müşrik qövmlərin bu böyük aldanışını və özlərinə tanrı qəbul etdikləri varlıqların gücünün heç nəyə çatmayacağını bizə "Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?!" ("Əraf" surəsi, 195) ayəsində bildirir.

Unutmaq olmaz ki, şirk ancaq maddi bütlərə sitayiş etməkdən də ibarət deyil. Bir insanı Allahın ona bu dünyada müvəqqəti olaraq və imtahan məqsədi ilə verdiyi imkanlara görə gözündə böyütmək, bu gücü ona aid imiş kimi, ondan qaynaqlanmış kimi görmək də onu tanrılaşdırmaq mənasına gəlir. Həmçinin Allah bir ayəsində belə buyurur:


“İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər zülm  edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər" ("Bəqərə" surəsi, 165).


Budda da Allahın yaratdığı və dünyada imtahana çəkdiyi aciz bir dindir. Onun şəxsinə aid bir gücü, iradəsi, insanlara təsir etmək qabiliyyəti yox idi. Allahın istəyi ilə danışa bilmiş, Allahın həyat bəxş etməsi ilə və Onun müəyyən etdiyi taleyə görə yaşamışdır. Allahın "Şuara" surəsində xəbər verdiyi Hz.İbrahimin duası insanın Allahın mütləq qüdrəti qarşısındakı acizliyini çox gözəl şəkildə ifadə edir:


"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra yenidən dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına  ümid etdiyim də Odur!" ("Şuara" surəsi, 78-82).


Budda da Allahın müəyyən etdiyi bir taleyə uyğun yaşamış və Allahın "ol" deməsi ilə əcəli gəlib çatanda vəfat etmişdir. Heç vaxt yaddan çıxarılmamalıdır ki, Allah istəməsə, bir insanın iman gətirməsi mümkün deyil. Hidayəti verən Allahdır. Yenə Allah istəməsə, heç bir insanın başqa insanları doğru yola sövq etməsi də mümkün deyil. İnsanları doğru və gözəl olana yönəldən də Allahdır. Edilən dəvətlər, aparılan təbliğatlar insanların ürəyinə ancaq Allahın bunu istəməsi ilə təsir edir. Həqiqətdə böyük qəbul edilməsi, heyran olunması, kömək istənilməsi lazım gələn yeganə mütləq güc Allahdır. Allah bu həqiqəti Quranda belə xəbər verir:


"Onlar Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!" ("Həcc" surəsi, 74).


Allah Quranda bütlərə sitayiş edən bir çox xalqın nümunəsini verir. Hz.İbrahimin müşrik xalqı da bunlardan biridir. Onlar da insanabənzər heykəllər yonub bunlara ibadət etmiş, nəsihətlərə qulaq asmamışdılar. Rəbbimiz ayələrdə belə buyurur:


"Atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" dediyi zaman onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" deyə cavab vermişdilər" ("Ənbiya" surəsi, 52-53).


Ayələrdən də aydın olduğu kimi, bu cür sitayişlər insanlara atalarından miras qalmışdır. Dolayısı ilə bütə sitayiş etmək həqiqətdə nə qədər məntiqsiz bir hərəkət olsa da uşaqlıq yaşlarından qəbul edilən və öyrədilən təlimlər nəticəsində ən müasir cəmiyyətlərdə də yadırğanmayan sosial bir davranış tərzi olur.

Allah Quranda Səba xalqının da eynilə Hz.İbrahimin xalqı kimi bütpərəst olduğunu bildirir:


"Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları doğru yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər. Göylərdə və yerdə pünhan olanı aşkara çıxaran, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə belə etmişdilər" ("Nəml" surəsi, 24-25).


Bu ayələrdə diqqətimizi çəkən başqa mühüm bir məsələ isə bu bütpərəst dini insanlara bər-bəzəkli göstərənin, doğru yoldan uzaqlaşdıranın şeytan olmasıdır. Yəni Allahın vəhyinə qarşı gələn bütün bütpərəst dinlər həqiqətdə şeytanın vəhyinə əsaslanır. Şeytan isə bunu insanlar "Allaha səcdə etməsinlər deyə" edir. Yoxsa şeytan da Günəşin sitayiş edilməli olan bir tanrı olmadığını, bütün kainat kimi Günəşin də Yaradanının Allah olduğunu bilir. Allahın Quranda bütpərəstliklə bağlı verdiyi nümunələrdən biri də İsrail oğulları ilə əlaqədardır. Hz.Musa ilə birlikdə fironun xalqından qurtulan İsrail oğulları səyahət əsnasında bütə ibadət edən bir xalqla qarşılaşmış və Musa peyğəmbərdən onlara da belə bir büt düzəltməsini xahiş etmişdilər. Allah bu hadisəni Quranda belə xəbər verir:


"Biz İsrail oğullarını dənizdən keçirdik, sonra onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. İsrail oğulları dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!" Musa belə cavab verdi: "Siz doğrudan da cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" ("Əraf" surəsi, 138-139).


Aydın olduğu kimi, İsrail oğulları cahil kimi hərəkət edib gözləri ilə gördükləri, qarşısında əyiləcəkləri, bəlkə də dəbdəbəli mərasimlər təşkil edəcəkləri bir tanrı istəyirlər. Bu vəziyyət onların Allahın ucalığını dərk edə bilməməsinin və başa düşməməsinin bir göstəricisidir. Hz.Musa onlara həqiqəti açıqladığı halda peyğəmbərləri yanlarından ayrılan kimi tələsik özlərinə bütlər düzəltmişdilər. Bu, çox böyük azğınlıqdır. Həmçinin onların bundan dərhal peşman olduqlarını Allah Quranda belə xəbər vermişdir:


"(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər buzovun onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? Bununla belə ona tapınıb özlərinə zülm eləyən oldular. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!" ("Əraf" surəsi, 148-149).


Ancaq Allahın buzovu tanrı kimi qəbul edənlərə cavabı belədir:


"Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz iftira yaxanları belə cəzalandırırıq!" ("Əraf" surəsi, 152).


Yuxarıdakı ayədən də aydın olur ki, Allah Ona şirk qoşanları istəsə bağışlayır, istəsə cəzalandırır. Çünki ayədə də ifadə edildiyi kimi, Allaha şirk qoşanlar əslində yalan uydururlar. Bir və tək olan Tanrının Allah olduğu aydın bir həqiqət olduğu halda onlar saxta tanrılar qəbul edirlər. Bu uydurma tanrıların qarşısında bellərini büküb əyilmək isə Allaha qarşı edilmiş çox çirkin və böyük bir günahdır. Allah başqa günah və səhvləri bağışlaya biləcəyini, ancaq şirki heç vaxt bağışlamayacağını Quranda belə bildirmişdir:

"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə, böyük günah etmiş olur" ("Nisa" surəsi, 48)

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313