İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizmin batil axirət inancı

Karma inancının bir nəticəsi olaraq buddizmdə axirət, cənnət və cəhənnəm inancı da mövcud deyil. Bu, Allahın Quranda bildirdiklərinə tərs olan batil və azğın bir inancdır. Bu inanca görə, əvvəl də bildirdiyimiz kimi, bir insan hər ölümündən sonra yenidən dünyaya gəlir və bu, davamlı olaraq təkrarlanır. Sanskrit və müqayisəli filologiya professoru E.Uayşbörn Hopkins buddizmdə axirət inancının olmadığını özünün "Hindistan dinləri" ("The Religions of India") adlı kitabında belə izah edir:

"Buddanın qurduğu sistemin məntiqi ona bu dünyada xoşbəxt olmayanların xoşbəxt ola biləcəyi başqa bir aləmin mövcudluğunu qəti şəkildə inkar etdirmişdir. O o biri dünyanı inkar edən fikrində qalmaqla kifayətlənməmiş, bundan da tələbələrini və tədqiqatçılarını insanın ölümdən sonrakı taleyini araşdırmaqdan və bu mövzuda sual verməkdən çəkindirmək üçün hər cür üsuldan istifadə etmişdir. Budda "Nirvana"ya çatmağın varlığın yox olmasına səbəb olduğuna inanmış və heç vaxt ölümsüz varlıq fikrini qəbul etməmişdir. Onun təkidlə üstündə durduğu məsələ hamının karma və yenidən dünyaya gəlmə doktrinalarını tam mənası ilə qəbul edərək imkan daxilində tez içində olduğu sıxıntılı doğuluş-ölüm dairəsindən azad olmağa səy göstərməsidir".

Bəzi buddist mənbələrində isə ölümdən sonrakı həyatla bağlı bu məlumatların verildiyini görmək olar:

"Yenidən doğulmaq istər cənnətdə, istərsə də cəhənnəmin müxtəlif təbəqələrindən birində baş versin, bəhs edilən bu məkanlardakı var olmalar eynilə yer üzündəki kimi keçicidir, əbədi deyildir. Fərdin bu məkanlardakı qalmaq müddəti Hinduizmdə olduğu kimi onun yer üzündə ikən etdiyi yaxşılıq və pisliyin miqdarına bağlıdır. Müəyyən edilmiş müddətin bitməsindən sonra yenidən yer üzünə qayıdılacaq. Cənnət və cəhənnəm fərdin dünyadakı davranışlarının əvəzini gördüyü müvəqqəti mövcudluq təbəqələrindən başqa bir şey deyil".

Göründüyü kimi, buddist təlimlərinə görə, insanların əməllərinin əvəzinin verildiyi bir növ cənnət və cəhənnəm inancı var. Ancaq haqq bir dinə aid olmadığı üçün bu inancda çoxlu ziddiyyət və məntiqsizliklər mövcuddur. Hər şeydən əvvəl Allahın Quranda bildirdiyinin əksinə olaraq buddizmdə cənnət və cəhənnəm sonsuz deyil, müvəqqətidir. Bu inancın ən məntiqsiz yönlərindən biri isə dünyada mövcud olan bütün sistemlərin əvvəl də qeyd etdiyimiz kimi, öz-özünə fəaliyyət göstərdiyinə olan inamdır. Buddizmə görə, kainatın və insanların var olması kimi ölüm və yenidən dünyaya gəlmək məsələsi də başıboşdur. Bu inancda dünya həyatını, cənnət və cəhənnəmi yaradan, insanlara əməllərinin əvəzini verən bir Yaradanın varlığı qəbul edilmir. Halbuki bu, çox məntiqsiz və qəbul edilməsi qeyri-mümkün bir iddiadır. Cənnət və cəhənnəm kimi mükafat və cəza veriləcək məkanların mövcudluğunu qəbul etmək, ancaq bu yerlərin necə yaradıldığını, cəzanı və mükafatı kimin verəcəyini, ədalətin necə təmin ediləcəyini açıqlamamaq çox böyük məntiqsizlikdir. Ən pisi odur ki, karma fəlsəfəsində bunlar iddia edildiyi halda cənnət və cəhənnəmin bir Yaradansız necə meydana gəlməsi ilə bağlı heç bir izah yoxdur. Bu, ancaq nəsildən-nəslə ötürülən və heç vaxt da məntiqli bir formada izah edilməyən və soruşulmayan bir batil inancdır. Buddizmin kainatın yaradılmasına, sistemin nizamlı fəaliyyətinə, canlılardakı qüsursuz yaradılışın mənşəyinə dair heç bir məntiqli cavabı yoxdur. Buna görə də buddizm heç bir məntiqli yönü olmayan, ancaq əfsanəvi hekayələrlə ayaqda saxlanılmağa çalışılan mistik bir cərəyandan başqa bir şey deyil.

 

Axirətdə insanları gözləyən həqiqət

Dünya həyatı və axirət inancı ilə bağlı həqiqətləri öyrənə biləcəyimiz yeganə mənbə aləmlərə nəsihət olaraq göndərilən Quran və Peyğəmbərimizin (s.ə.v.) sünnəsidir.

Allah Quranda dünya həyatının bütün insanlar üçün müvəqqəti bir imtahan, axirətin isə sonsuz yurd olduğunu bildirir. Hər insan təxminən 60 illik dünya həyatı boyunca bütün etdiklərinin əvəzini cənnətdə və ya cəhənnəmdə alacaq. Bu həqiqəti Allah Quranda belə xəbər verir:


"Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?" ("Ənam" surəsi, 32)


Allaha təslim olan, Onun göndərdiyi hidayət rəhbərinə və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə tabe olan bir insan qiyamət gününə, axirətdə bütün əməllərinin hesabını verəcəyinə, dünya həyatında etdiklərinin əvəzini sonsuza qədər cənnətdə və ya cəhənnəmdə alacağına könüldən iman gətirər. Çünki həqiqət budur. Allah bunu insanlara endirdiyi kitabları və göndərdiyi peyğəmbərləri ilə bildirmişdir. Buddizm isə tək bir insanın öz-özünə əmələ gətirdiyi bir fəlsəfə və onun üzərində inşa edilən və məhz insan quruluşu olan təlimlərdən əmələ gəlir. Allahdan gələni insana aid olan bir fəlsəfə ilə dəyişdirmək əlbəttə ki, böyük bir yanlışlıqdır. Başqalarından eşidilən məlumatlarla, adi bir həvəslə, heyran olduqları estrada ulduzunun və ya kino aktyorunun buddist mesajlarından təsirlənərək yaxud da bir dəbə uyğun olaraq buddizmi yol olaraq qəbul edənlərin bu həqiqəti fikirləşməsi və yanlışlıqlarından əl çəkməsi lazımdır. Çünki Allah axirətin yalan olduğunu söyləyənlərin vəziyyətini Quranda belə bildirir:

"Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!" ("Əraf" surəsi, 147)


"Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar" ("Rum" surəsi, 16)


Yuxarıdakı ayələrdə xəbər verilən bu əzab ölümlə birlikdə başlayacaq. Dünyadakı həyatları boyu nə qədər böyük səhv içində olduqlarını başa düşən insanlar yenidən əvəzi olmayan bir peşmançılıq yaşayaraq belə deyəcəklər:


"Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!" demələrini görəydin!" ("Ənam" surəsi, 27)


"Kaş günahkarları öz Rəbbinin hüzurunda başlarını aşağı dikib: "Ey Rəbbimiz! Gördük, eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!" deyəndə görəydin!" ("Səcdə" surəsi, 12)


Ancaq onlar nə qədər yalvarıb-yaxarsalar, bağışlanmalarını istəsələr də daha geri qayıdılmayacaq və əzabla dolu olan bir həyata başlayacaqlar. Onların tövbələri qəbul edilməyəcək, dünyaya yenidən geri qaytarılmaq istəkləri isə heç vaxi yerinə yetirilməyəcək. Dünyada dəfələrlə xəbərdarlıq edildikləri halda Allaha şirk qoşanlar, daşdan, taxtadan düzəltdikləri heykəllərin qarşısında səcdə edənlər, insanlara sadəcə olaraq özlərini göstərmək üçün və ya diqqəti cəlb etmək üçün boş fəlsəfələrin ardınca gedənlər və Allahdan gərək olduğu qədər qorxub çəkinməyənlər ölüm mələkləri ilə qarşılaşdıqları andan etibarən davamlı bir alçaldılma mərhələsinə daxil olacaqlar. Canlarının bellərinə və böyürlərinə vurularaq alınması, cəhənnəmin içinə atılmaları axirət həyatındakı alçaldılmanın bir başlanğıcı olacaq. Allah onların danışmasına icazə verməyəcək, səslərinin bir xırıltıdan artıq çıxması mümkün olmayacaq ("Taha" surəsi, 108)


Cəhənnəm Allah qarşısında lovğalanan, axirətə, yenidən dirilişə inanmayan və Rəbbimizin göndərdiyi xəbərdaredicilərə itaət etməyən, gözəl əxlaqdan uzaq bir həyat davam etdirən bütün inkarçıların sonunun olacağı yer oalacaqdır. Cəhənnəm əhli "əlləri boyunlarına bağlı vəziyyətdə" ("Furqan" surəsi, 13) alovun sıx olduğu yerə atılacaq, tüstülü bir kölgə içində qalacaq. Alovun uğultulu gurultusunu fasiləsiz şəkildə eşidəcəklər. Sümükləri şaqqıldadan iniltilərlə qarşılacaqlar. Xüsusilə əzabın davamlı olması və cəhənnəm əhlinin bütün yalvarışlarına baxmayaraq onlardan qətiyyən yüngülləşdirilməyəcəyi tərifi olmayan bir sıxıntı vəsiləsi olacaqdır. Çünki Allah cəhənnəm əzabını "hər tərəfi qapalı alov" ("Bələd" surəsi, 20) olaraq bildirir.

Cəhənnəmdəkilər fiziki baxımdan da qorxulu bir görünüşə bürünəcəklər. Üzləri qapqara, qorxudan və dəhşətə görə zillət içində olacaqlar. Hüceyrələri qovuracaq qədər güclü olan odda dəriləri yanacaq və Allahın "...Onların dəriləri bişdikcə əzabı dadsınlar deyə o dəriləri başqası ilə əvəz edəcəyik..." ("Nisa" surəsi, 56) ayəsində bildirdiyi kimi, dəriləri dəfələrlə təzələnəcək. Dəmir qamçılarla qamçılanıb "yetmiş arşın uzunluğunda zəncirlə" ("Haqqə" surəsi, 32) vurulacaqlar. Alınları, böyürləri və belləri qızğın odda dağlanacaq, başlarından aşağı qaynar sular töküləcək. Paltarları və yataqları alovdan və qətrandan olacaq, dəmir həlqələrlə bağlanacaqlar.

Cəhənnəm əhlinə təqdim ediləcək yeməklərin və içkilərin iyrəncliyi də Quranda açıqlanmışdır. Allah “İrindən başqa bir yeməyi də yoxdur" ("Haqqə" surəsi, 36) ayəsində insanların dünyada azını da görməyə və ya iyini hiss etməyə dözə bilmədikləri qan və irinin (çirkli yaradan axan mayenin) cəhənnəm əhlinin əbədi qidası olacağını xəbər verir. Dünya həyatında Allahı yaddan çıxarıb öz arzularının arxasınca getmələrinin əvəzi olaraq girdikləri cəhənnəmdə irinli, qaynar sudan içirdiləcək, parçalanacaq boğazlarından heç bir şey keçməyəcəyi üçün udqunmağa çalışacaqlar, lakin udquna bilməyəcəklər. Allah günahkar cəhənnəm əhlinə yedirdiləcək başqa yeməklərin də zəhərli olan darı tikanı və zəqqum ağacı olduğunu ayələrdə belə bildirmişdir:


"Həqiqətən zəqqum ağacı günahkar kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; qaynar su qaynayan kimi!" ("Duxan" surəsi, 43-46)


Allaha inanan və Ona könüldən qulluq edən insanlar isə belə bir vəziyyətə düşməyəcək, asan bir hesabla sorğuya çəkilib qorxuya, kədərə və peşmançılığa qapılmadan cənnətə sövq ediləcəklər. Allah möminlərin üzünün o gün işıq kimi parlayacağını ayələrində xəbər vermişdir. Onlar dünya həyatı boyu batil fəlsəfələrin arxasınca düşmədən Allahı haqq Kitabında bildirdiyi şəkildə razı etməyə çalışmasının və bu cür həyatlarını yaşamasının, Allahdan qorxub Onun əzabından çəkinməsinin əvəzini sonsuza qədər cənnətdə alacaqlar. Allah Quranda bu vəziyyəti belə xəbər vermişdir:


"Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Məgər sizə öz içərinizdən Rəbbinizin  ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?" Onlar isə: "Bəli, lakin əzab sözü kafirlər barəsində vacib oldu!" deyə cavab verəcəklər. (Onlara) belə deyiləcək: "Girin cəhənnəmin qapılarına orada  əbədi qalmaq üçün!" Təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və gözətçiləri: "Salam əleyküm! (Sizə salam olsun!) Xoş  gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!" deyəcəklər" ("Zumər" surəsi, 71-73)


Elə isə bütün insanların Allahın "O saat mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur..." ("Həcc" surəsi, 7) şəklindəki xəbərini davamlı olaraq fikirləşməsi, hesab günü yaxınlaşarkən edilən xatırlatmalara mütləq diqqət etmələri lazımdır. Çünki həmin gün yaxşılıq edənlər etdikləri yaxşılıqlarının əvəzini qüsursuz olaraq taparkən pislik edənlər etdikləri pisliklərlə aralarında uzaq bir məsafə olmasını istəyəcəklər. İnsanlar yalnızca və təkbaşına Allahın hüzuruna çıxacaq və ən xırda bir haqsızlığa məruz qalmadan aralarında ədalətlə hökm veriləcəkdir:


“İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədir və üz döndərirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər ("Ənbiya" surəsi, 1-2)

Buddizm və insanlar tərəfindən hazırlanan buna oxşar fəlsəfələr isə insanları ən böyük həqiqət olan Allahın varlığından və Ona qulluq etməkdən uzaqlaşdıran səhvlərdir. Buddizm həqiqətdə bir çox cəhətdən insan təbiətinə də son dərəcə zidd olan bir əxlaq anlayışı ilə insanların dinsizliyin gətirdiyi vicdan əzabından qismən də olsa xilas olmasını təmin edir və bununla da saxta bir "mənəviyyat" mənbəyi olaraq fəal olur. İnsanlar buddizmdə özlərinə əziyyət verərək, fiziki ehtiyaclarını cavabsız buraxaraq mənəvi bir nailiyyət qazandıqları zənninə qapılır və bununla təsəlli tapırlar. Onların heç cür başa düşə bilmədikləri gerçək budur: insanın bilməsi vacib olan ən əsas həqiqət onun Allahın bəndəsi olmasıdır. Hər hansı bir əməl ancaq Allahın razılığı nəzərə alınaraq, Ona qulluq etmək şüuru ilə ediləndə bir dəyərə malik olur. İnsanın nəfsinin istək və arzularına nəzarət etməsi də Allahı rizası (və Allahın istədiyi ölçüdə) ediləndə dəyəri olan bir səydir. Allah Onun razılığı əsas alınmadan davam etdirilən bu cür səylərin sahibləri üçün "zəhmət çəkib boşuna yorulmuşdur" ("Ğaşiyə" surəsi, 3) deyə buyurur.

 

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313