İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizmin Haksli tərəfindən kəşf edilməsi

Buddizm ateist bir dindir. Allahın varlığını qəbul etmir. Axirəti, cənnət və cəhənnəmi də qəbul etmir. İnsanın heyvanlardan fərqli bir ruhunun olmadığına inanır. Ən betəri isə karma inancına uyğun olaraq təbiətdə davamlı bir çevrilmə olduğunu əsas götürür. Buddizmə görə, bir balıq "sonrakı həyat"ında məməli olaraq dünyaya gələ bilər. Bir insan da "sonrakı həyat"ında adi bir soxulcan ola bilər. Cinslər arasında "keçid" olduğunu və insanı da heyvanlar arasında qəbul edən bu anlayışın Darvinin təkamül nəzəriyyəsi ilə mühüm oxşarlıqları var. Bir tədqiqatçı buddizmin təkamüllə bu əlaqəsini belə qeyd edir:


"Əslində buddist fəlsəfə təkamülün baş verdiyini lazım bilir. Çünki hər şeyi bir-birinə keçə bilən varlıq olaraq qəbul edir. Davamlı olaraq yoxdan var olduğunu, bir müddət varlığını davam etdirdiyini və sonra itdiyini müdafiə edir. Cinslərin dəyişməyərək sabit qalması buddist ontologiya ilə uyğun gəlməyəcəkdir".


Buna görə də darvinistlər XIX əsrdən bu günə kimi buddizmə rəğbət bəsləmiş və bu dini müdafiə etmişlər.
Buddizmə darvinistcəsinə heyranlığını ifadə edən ilk insan darvinizmin meydana çıxmasında bəlkə də Darvinin özündən də böyük rolu üzərinə götürən şəxs idi: Tomas H.Haksli.


Darvin öz nəzəriyyəsini ortaya atandan sonra Haksli onun ən qızğın müdafiəçisi olaraq səhnəyə çıxdı. Buna görə də o, həmin dövrdə "Darvinin çoban iti" ("Darwin's Bulldog") adlandırılmışdı. Yaradılışı müdafiə edən din və elm adamları ilə apardığı mübahisələr, darvinizmi müdafiə edən atəşin yazı və çıxışları Hakslinin adını XIX əsrin ən məşhur darvinisti olaraq tarixə yazdı.


Hakslinin çox bilinməyən bir xüsusiyyəti isə onun buddizmə heyranlığı idi. Xristianlıq və yəhudilik kimi ilahi dinlərin təmsilçiləri ilə mübarizə aparan Haksli buddizmi meydana gətirmək istədiyi sekulyar Qərb mədəniyyətinə uyğun bir inanc olaraq qəbul edirdi. "Philosorhy East and West" jurnalında dərc olunan "Hakslinin "Təkamül və əxlaq"ında buddizm" ("Buddhism in Huxley's Evolution and Ethics") sərlövhəli məqalədə bu məsələdən bəhs edilmişdir. Məqalədə Hakslinin "Təkamül və əxlaq" ("Evolution and Ethics") adlı kitabından buddizm haqqındakı bu fikirləri qeyd edilmişdir:


"(Buddizm) qərbli mənasında Tanrı tanımayan bir sistemdir. İnsanın bir ruhu olduğunu qəbul etmir. Ölümsüzlüyə inanmağın səhv olduğunu müdafiə edir. Hətta bunu ümid etməyi günah sayır. Duaya və qurban ibadətinə yer vermir. İnsanların qurtuluş üçün ancaq öz etdiklərinə etibar etməsini istəyir... Yenə də qədim dünyanın çox mühüm bir hissəsində inanılmaz sürətlə yayılmış, əcnəbi inanclarla qarışsa da bəşərin kiçik görülməyəcək bir qisminin hakim olan inancı olmuşdur".


Buradan da aydın olur ki, Haksli buddizmə heyrandır. Bunun yeganə səbəbi isə eynilə Haksli və digər darvinistlər kimi Allah inancına sahib olmamasıdır.


"Buddhism in Huxley's Evolution and Ethics" məqaləsinin müəllifi, Havay Universitetinin müəllimi Vicita Racapakseyə görə, Hakslinin buddizmə olan heyranlığında buddizmlə Qədim Yunanıstanın paqan və ateist mütəfəkkirləri arasında gördüyü paralellik də rol oynamışdır:


"Hakslinin buddist fikirləri qərbli fikirlərlə əlaqələndirməyə açıq meylliliyi onun arqumentinin başqa ölçülərində də nümunələndirilir. Buddizmin qeyri-ilahi mövqeyini Heraklın fikirlərinə oxşatmış və "Stoacılıqla buddizm arasında" bir çox paralelliyə işarə etmişdir".


Racapakse ancaq Hakslinin deyil, XIX əsrin digər bəzi ateistlərinin (və ya aqnostiklərinin) də buddizmə böyük heyranlıq hiss etdiklərini qeyd edir. Bu dövrdə buddizmlə materialist Qərb fəlsəfəsi arasında qurulan bir paralellik də Devid Yumun fikirləri mövzusundadır. XVIII əsrdə yaşamış şotlandiyalı mütəfəkkir Yum ateist və din əleyhdarı bir filosofdur. Racapakse "Qəribədir ki, buddizm və Yum fəlsəfəsi arasındakı paralellər buddizm haqqında açıqlamalar edən ilk şərhçilər tərəfindən də düzgün bir şəkildə qeyd edilmişdir" deyir və sözlərinə belə davam edir: "Məsələn, Riş Devids bildirir ki, "kənardan gələn bir ruha sahib olmamaq fikri kimi yönlərdən bizdən ancaq iki əsr əvvəl yaşayan Yumdan iki min dörd yüz il əvvəl eyni mövqeyi almışdır".


Racapaksenin qeyd etdiyi kimi, Viktoriyanın dövründəki Ingiltərədə (yəni XIX əsrdə) daha bir neçə mütəfəkkir buddizmə rəğbət bəsləmişdir. Bunun səbəbi də buddizmi o dövrün yüksələn fəlsəfəsi olan ateizmə və darvinizmə uyğun görmələridir.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313