İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Sayt haqqında

Başqa insanlardan fərqli göünmək və onlardan seçilmək əksər insanlarda həyəcan yaradır. Tarix boyunca demək olar ki, hər cəmiyyətdə həyat tərzləri, geyimləri, saç düzümü yaxud fərqli çıxışları ilə "seçilməyə", diqqətləri öz üzərində toplamağa çalışan insanlar və cərəyanlar olmuşdur. Bu insanlar və cərəyanlar cəmiyyətin həm təzyiqini, həm də maraqlarını özlərinə yönəltməyi bacarmışlar.
Son illərdə də Qərb cəmiyyətlərində qeyri-ənənəvi və cəmiyyətdən kənar həyat tərzləri ilə diqqəti özlərinə cəlb edən yeni bir cərəyan görünür. Bu cərəyan Şərq mədəniyyətindan, fəlsəfəsindən və inanclarından istifadə edərək diqqəti öz üzərinə çəkmək istəyən insanlardan təşkil olunmuşdur. Bu cərəyanın yararlandığı Şərq fəlsəfi sistemlərinin başında isə buddizm gəlir.

Dünya miqyasında, xüsusilə də Amerika və Avropada bəzi insanlarda buddizmə qarşı bir maraq müşahidə olunur. Bu marağın ən mühüm səbəblərindən biri bu batil inancın insanlara sirli, mistik və heyrətamiz xüsusiyyətlərə malik olması fikrinin aşılanmasıdır. Buddizmi qəbul edən insanlar da əsasən bu fəlsəfəyə inandıqlarına və ya onu məntiqli qəbul etdiklərinə görə deyil, qeyd etdiyimiz mistik ab-havadan təsirləndikləri üçün seçirlər. Çünki bu batil inanc onlara gündəlik həyat tərzlərindən, həyatları boyu qarşılaşdıqları başqa fəlsəfələrdən çox fərqli və çaşdırıcı formada təqdim edilir. Məsələn, buddizmin ortaya çıxması insanlara əfsanəvi bir nağıl kimi çatdırılır. Buddizmdən bəhs edən kitablarda və ya filmlərdə Budda nəhəng sirr mənbəyi kimi göstərilir. Həmçinin buddist rahiblərin həyatı da qərbli insanlara sirlərlə dolu, dolayısı ilə diqqətçəkici olaraq tanıdılır. Bu insanların qəribə geyimləri, qırxılmış saçları, ibadət formaları, mərasimləri, yaşadıqları yerlər, yoqa və meditasiya kimi qəribə hərəkətləri insanları heyrətə salır, onların diqqətini cəlb edir.

Buna görə də cəmiyyətdə "başqa insanlardan fərqli" şəkildə tanınmaq və özünə "sirli insan" imici vermək istəyən insanlar üçün buddizm əhəmiyyətli bir vasitəyə çevrilir. Məsələn, adi həyat tərzi sürən bir insan bir gün saçını dibindən qırxdırıb buddist paltarları ilə gəzməyə və ətrafındakı insanlara o günə qədər işlətmədiyi mistik sözlərlə buddizm təlimindən bəhs etməyə başlayarsa, təbii olaraq diqqəti özünə cəlb edəcək və "orijinal bir insan" kimi görünəcək.

Buddizmi qəbul edən məşhur insanlar da eyni məqsədi güdürlər. Diqqəti özünə cəlb etmək, bəlkə də daha çox tanınmaq, başqa insanlardan fərqli olduqlarını vurğulamaq üçün Tibetdə buddistlərə xas geyimlərdə bəyanatlar verirlər. Buddist rahiblərlə birlikdə onların müqəddəs məbədləri sayılan yerləri ziyarət edir və həmçinin bu batil dinin təbliğatını aparırlar. Ola bilər ki, siz də bu günə qədər buddizm haqqında çox şey oxumuş, kütləvi informasiya vasitələri ilə ümumi məlumatlar əldə etmisiniz. Biz isə bu kitabda buddizmin batil bir fəlsəfə olduğunu Quran ayələri işığında incələyəcək və insanların bu batil dinin naqis yönlərini aydın şəkildə görməsini təmin edəcəyik.

Buddizmin meydana çıxmasını, yazılı mənbələrini, ümumi inanclarını, ibadət formalarını və qeyd edilən dinin qurucusu Buddanın həyatını Quran ayələri ilə dəyərləndirəndə bu fəlsəfənin əsasının çox batil təlimlər üzərində qurulduğunu, onun insanın ağlına və məntiqinə zidd olan qəribə ibadətlər olduğunu, insanları daşdan, torpaqdan düzəldilən bütlərə ibadət etməyə yönəltdiyini görürük. Ağıla və məntiqə uyğun gəlməyən bir inanc olan buddizm qəbul edildiyi ölkələrin bütpərəst anlayışı ilə, adət-ənənələri ilə də qarışmış, xurafatlarla və azğın düşüncələrlə bütünləşərək tam mənası ilə inkarçı bir fəlsəfəyə çevrilmişdir. Buddizm Brahma dini ilə, hindiuzmlə, sintoizmlə və digər Şərq dinləri ilə qaynayıb-qarışmağa başladıqca daha da qaranlıq hala gəlmişdir. Uzaq Şərqin sirli görüntüsündən təsirlənərək ona inanmadıqları halda yalnız diqqəti özünə cəlb etmək məqsədi ilə bu batil dini qəbul edən insanlar yaddan çıxarmamalıdır ki, buddizm özündə əslində insanı Allahı inkar etməyə, əllə düzəldilən bütləri Ona şərik qoşmağa və batil bir həyat sürməyə qədər aparan azğın təlimləri ehtiva edir. Buddizmin məntiq yönlərini görmədiyindən gəlib sadəcə bir maraq naminə bu dini qəbul etmək insanı çox böyük itkilərə sürükləyir.

Buddizmin təbliğatı ilə məşğul olanların istifadə etdiyi üsullardan biri də onların bu batil inancı insanlara bir qurtuluş yolu olaraq təqdim etməsidir. Buddizmin içində yaşadıqları materialist cəmiyyətdən, bu cəmiyyətdəki mərhəmətsiz və davakar mədəniyyətdən, qəddarlıqdan, sıxıntılardan, xaosdan, mənasız mübarizələrdən, rəqabətdən, eqoizmdən və yalançılıqdan qaçan insanlara sülh, əmin-amanlıq, xoş münasibət və səadətlə dolu bir həyat yolu olaraq göstərilməsinə cəhd edilir. Halbuki buddizm zənn edildiyi kimi insanlara xoşbəxtlik gətirən bir inanc deyil. Tam əksinə, buddizm öz içinə qapılan insanları böyük bir bədbinliyə aparır. Bu insanlar aldıqları təhsilə, malik olduqları müasir dünyagörüşünə baxmayaraq əllərindəki qablarla dilənçiliyi məqbul sayan, insanların siçanlara və ya inəklərə çevriləcəyi axmaqlığına inanan, daşlardan düzəldilmiş bütlərdən kömək istəyən insanlara çevrilirlər. Buddizmin batil inancları bu insanlara qarşı ciddi psixi təxribatlar törədir. Buddizmin geniş yayıldığı ölkələr və ya Buddist rahiblərin çox yaşadığı yerlər tədqiq ediləndə həmin yerlərdə bədbinliyin və sıxıntıların hökm sürdüyünə şahid olmaq mümkündür. Bunun əsas səbəblərindən biri buddizmin insanlara təlqin etdiyi miskinlik və tənbəllikdir. Axirət inancının olmadığı buddizmdə insanlar daha yaxşı olmağa, özlərini inkişaf etdirməyə, ətraflarını gözəlləşdirməyə, mədəni olaraq qabağa getməyə həvəsləndirilmir. İslam isə insanların həmişə daha gözələ, daha yaxşıya doğru getməsini istəyir. İslamda dinamizm hakimdir. İslam əxlaqı insanların araşdırıb öyrənməsini, özlərini kamilləşdirməsini, ətrafdakılara xeyir verən insanlar olmasını lazım bilir.

Bu, aydın bir həqiqətdir ki, insanların dünya üzərindəki həqiqi səadət və xoşbəxtliyə qovuşmasının, hər cür pislikdən, qəddarlıqdan, bədbinlikdən və sıxıntıdan azad olmasının yeganə çarəsi Yaradanımız olan Allaha təslim olmaq, Onun razı olacağı kimi bir həyat yaşamaqdır. Yerlərin və göylərin yeganə sahibi olan Rəbbimiz bütün insanların qurtuluş yolunun hidayət rəhbəri olaraq göndərdiyi Qurana sarılmaq olduğunu bildirmişdir. Allah "İbrahim" surəsində belə buyurur: "Bu elə bir kitabdır ki, onu sənə insanları onların öz Rəbbinin izni ilə zülmətlərdən nura - yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna çıxarmaq üçün nazil etmişik" ("İbrahim" surəsi, 1). Buddizm kimi bütpərəst dinlərə inananlar bilməlidir ki, "haqdan sonra ancaq zəlalət" var:

"O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Artıq haqdan sonra zəlalətdən başqa nə qalır?! Belə isə necə döndərilirsiniz?" ("Yunus" surəsi, 32).

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313