İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Nitsşenin buddizm heyranlığı

XIX əsrin qatı ateistlərindən biri də Nitsşe idi. Xristianlığa kəskin nifrət edirdi. Buna baxmayaraq bütpərəst mədəniyyətini və bütpərəst əxlaqını müdafiə edən Nitsşe müdafiə etdiyi fikirlərlə XX əsrin faşizminin və xüsusilə nasizmin ideya rəhbəri oldu. Nitsşe şəfqət, mərhəmət, təvazökarlıq, təvəkkül kimi dəyərləri müdafiə edən xristianlığa müharibə elan edirdi. Nitsşe dolayısı ilə İslama və həqiqi yəhudiliyin əsas əxlaqi prinsiplərinə də qarşı çıxırdı. Nitsşenin ilahi dinlərə qarşı olan bu nifrəti şübhəsiz ki, ancaq bu dinlərin əxlaq prinsiplərindən deyil, bundan da əhəmiyyətlisi onun fanatik ateizmindən də qaynaqlanırdı.


Amerikalı ədəbiyyatçı Ceyson De Bur Nitsşe haqqındakı məqaləsində "ateizm Nitsşenin fikirlərinin çox əhəmiyyətli bir parçasıdır" deyir və bunları əlavə edir: "O, bitərəf bir tənqidçi deyildi. Xristianlığa qarşı nifrətlə alışıb-yanırdı. Ateist yazıları da böyük kinlə dolu idi".


Ancaq ehtimal edilə biləcəyi kimi, Nitsşenin nifrəti ancaq ilahi dinlərə qarşı idi, bütpərəst dinlərə qarşı deyildi. Əksinə, paqanizmi tərifləyir və ucaldırdı. Xüsusilə də buddizmi... 


Ceyson De Burun sözləri ilə desək, "qəribədir ki, tarixdəki ən davakar ateistlərdən biri olmasına baxmayaraq Nitsşe tamamilə din əleyhdarı deyildi... Digər bəzi dinlərin bir çox xüsusiyyətinə hörmət etmiş və onlara rəğbət bəsləmişdi; bunlar paqanizm, hətta buddizm idi".


İngilis elm adamı Devid R.Loy isə Nitsşe haqqında yazdığı bir məqalədə eyni mövzuda bunları bildirir:


"Nitsşe ilə buddizmi müqayisə etmək hardasa klassik bir iş halına gəlmişdir və bunun yaxşı bir səbəbi var: aralarında dərin bir uyğunluq olduğu görsənir. Morrisonun bildirdiyi kimi, bir çox müştərək yönləri paylaşırlar: hər ikisi də Tanrısız bir kainatda insanın mərkəzdə olmağını vurğulayır və onların hər biri varlıq probleminin həlli üçün gətirdikləri həll variantlarında kənar bir varlığa əsaslanmır... Hər ikisi də insanı həmişə dəyişən və çox müxtəlif olan psixofiziki güclərin axını olaraq görür və bu axında muxtar və dəyişməyən bir varlığa (yəni ruha) yer vermirlər".

 

Nitsşenin buddizmlə paylaşdığı bu fikirlər əlbəttə ki, böyük səhvlərdir. Bu səhvlərin ortaya çıxmasının səbəbi isə insanın təkəbbür və cəhalətindən başqa bir şey deyil. Kainatı və təbiəti ağıl və vicdan gözü ilə tədqiq edən insan Allahın varlığının aşkar dəlillərini görəcək. Eyni həqiqət əsrimizdəki elmi kəşflər tərəfindən də ortaya qoyulur. Nitsşe kimi ateistlərin ortaya atdığı "Tanrısız kainat" fikri "Biq Banq" və “İnsani prinsip" ("Anthroric Princirle") kimi elmi kəşflərlə darmadağın edilmişdir. Elm Allahın kainatı yaratdığına və fövqəladə bir sistemlə nizamladığına dair aşkar sübutlar ortaya qoymuşdur (Ateizmin süqutu haqqında ətraflı məlumat üçün "İslamın yüksəlişi" adlı kitaba müraciət edə bilərsiniz). Darvinin təkamül nəzəriyyəsinin mənasızlığını və "şüurlu nizam"ın varlığını göstərən dəlillər yaradılışn doğruluğunu isbat edir. Freyd, Marks və Dürkeym kimi XIX əsrin ateist mütəfəkkirlərinin fikirləri də yeni elmi kəşflərlə və ya sosial nəticələrlə bir-bir puç edilmişdir.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313