İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizm ateist bir dindir

Buddizm Allahın varlığını inkar edən, ancaq insanın sadəcə olaraq bəzi əxlaqi yönlərdən inkişafını və dünyaya aid iztirablardan qurtulmasını əsas sayan ateist bir fəlsəfədir. Bu din heç bir məntiqi və elmi əsası olmayan karma və reenkarnasiya etiqadı (insanın davamlı şəkildə dünyaya gəldiyi, əvvəlki həyatındakı davranışlarına görə sonrakı həyatının formalaşması düşüncəsi) üzərinə qurulmuşdur. Buddist abidələrində bir Yaradanın varlığına, kainatın və canlıların necə meydana gəldiyinə heç bir şəkildə toxunulmadığı kimi heç bir buddist mətnində də kainatın yoxdan necə var edildiyi, canlıların necə ortaya çıxdığı və dünyadakı bənzərsiz yaradılış dəlillərinin necə var olduğu izah edilmir.

Buddistlərə görə, bu mövzuda fikirləşmək də lüzumsuzdur. Buddist mətnlərinə görə, həyatda mühüm olan yeganə məsələ arzuları yox etmək, sıxıntılardan azad olmaq və Buddaya hörmət etməkdir. Dolayısı ilə buddizm əslində çox məhdud görüşlü bir inancdır. İnsanı "necə yaradıldım, kainat və canlılar necə meydana gəldi" kimi əsas sualların üzərində düşünməkdən, bunları araşdırmaqdan uzaqlaşdırır və onu ancaq mövcud həyatın dar qəliblərinə salır.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313