İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizm bütpərəst bir dindir

Buddizm paqan bir dindir, yəni bütpərəstdir. Bu gün buddizmin müxtəlif məktəblərə ayrıldığı və Buddaya sitayiş etməyin ancaq bəzi məktəblərə məxsus olduğu bildirilir. Lakin Buddanın yanılmayan bir yolgöstərən olaraq qəbul edilməsi də - bu, bütün buddist məktəblərinə hakim olan bir aldanışdır - bu dinin Buddanı bütləşdirdiyini göstərir.

Tarixi mənbələrə görə, Buddanın vəfatından bir müddət sonra buddist rahiblər tərəfindən "Buddanı müqəddəsləşdirmək" fəaliyyəti başladıldı. Hər yerdə onun heykəlləri qoyuldu. "Nirvana"nın onun bədənində formalaşdığı yönündəki batil bir inanc qüvvəyə mindi. Buddist rahiblərin Buddaya qarşı həddindən artıq hörmət anlayışları bir müddət sonra Buddaya tapınma və ona sitayiş etmək formasını çevrildi. Buddizmin güclü olduğu ölkələrin dörd bir tərəfi Buddanın nəhəng ölçülərdəki heykəlləri ilə bəzədildi. Günümüzdə də Asiyadan Amerikaya qədər bir xeyli ölkədə Budda heykəllərinə, üstündə Buddanın gözlərinin çəkildiyi məbədlərə rast gəlmək mümkündür. Əvvəl də qeyd edildiyi kimi, bu gözlərlə insanlara Buddanın hər yeri gördüyü və insanlara həmişə nəzarət etdiyi mesajı verilir. Buna görə də insanlara həyatın hər anını Buddanı fikirləşərək keçirmələri fikri aşılanır. Minlərlə il əvvəl ölən bir insanın hələ də ona inananları gördüyünü, qoruduğunu, yalvarışlarını eşitdiyini düşünməyin necə əsassız və cəfəng bir inanc olması isə aşkardır. Buddistlərin dərk etməkdə aciz qaldığı əsl həqiqət isə budur ki, bütün insanlar kimi Buddanı da yaradan aləmlərin Rəbbi olan Allahdır. Allah gizlinlərin gizlinini bilən, hər şeyi əhatə edəndir.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313