İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Bütpərəst bir din: Buddizm

Buddizm günümüzdən təxminən 2500 il əvvəl Hindistanın cənub-şərqində ortaya çıxıb. Zaman ötdükcə Şri-Lanka, Monqolustan, Seylon, Mancuriya, Koreya, Yaponiya, Tibet, Çin, Tailand və Nepal kimi ölkələrdə təsirli olub. Bu gün bütün dünyada təxminən 300 milyon buddistin (və buddizmə rəğbət bəsləyənin) olduğu güman edilir. Buddizmi və buddist həyat anlayışına tərif vermək məsələsində fikirlər haçalanıb. Bəzilərinə görə, buddizm bir din olduğu halda digərləri onun məzhəb, təriqət və ya fəlsəfi cərəyan olduğunu söyləmişlər. Nəticədə buddizmin dünyagörüşlərini və bütün əməli tərəflərini nəzərə alaraq deyə bilərik ki, buddizm bütpərəst batil təlimdir. Buddizm Allah inancına sahib olmayan ateist bir dindir. O, axirətin, hesab gününün, cənnətin, cəhənnəmin və mələklərin varlığını rədd edir.

Buddizmin qurucusu Siddharta Qautama eramızdan əvvəl 563-483-cü illərdə Hindistanın Kapilavastu şəhərində yaşamışdır. Onun yaşadığı illərdə Hindistanda geniş yayılmış din ölkəni işğal etmiş ariyalıların dini olan brahmanizm idi. Ariyalılar keçilməsi heç vaxt mümkün olmayan möhkəm bir kasta sistemi tətbiq etmişdilər. Bu kasta sisteminə görə, cəmiyyət dörd qrupa ayrılmışdı. Hər qrup da öz daxilində bölünürdü. Brahman din adamları cəmiyyətin ən üst təbəqələrini təşkil edirdilər. Onlar xalqa qəddarcasına zülm edirdilər.

Soylu Sakya ailəsinə mənsub olan Qautama Suudhodana adlı alicənab bir şahzadənin oğlu kimi doğulmuşdu. Gənclik illəri rifah və bolluq içində keçmişdi. 29 yaşında ikən saraydan ayrılan Qautama 80 yaşında ölənə qədər mistik axtarışlara başlamış və bəzi prinsipləri müəyyən etmişdi. Bu prinsiplər dövr keçdikcə təlimə çevrildi. Buddizm də bu təlimdən ibarətdir.

"Budda" kəlməsi "oyandırılmış" və ya "aydınlanmış" mənalarına gəlir. Bu da Siddharta Qautamanın çatdığı hesab edilən mənəvi dərəcəni ifadə edir. Buddadan günümüzə qədər gəlib çatan mətnlər isə onun yaşadığı dövrə aid deyil. Bu mətnlər onun ölümündən 300-400 il sonra yazılıb. Bu mətnlərdə kitabın sonrakı səhifələrində də görəcəyiniz kimi çoxlu batil inanc, ağıl və məntiqə zidd olan tətbiqatlar və Buddanı qarşısında səcdə edilən bir büt kimi göstərən batil açıqlamalar mövcuddur.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313