İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Buddizm və karma etiqadı

Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də hər şeyi idarə edən yeganə güc karmadır.

Sanskrit dilində bir kəlmə olan "karma" "hərəkət, fel" mənasına gəlir və bir "səbəb-nəticə qanunu" olaraq göstərilir. Karma inancını müdafiə edənlərə görə, bir insan keçmişdə nə edibsə, bu, gələcəkdə mütləq onun qarşısına çıxacaq. Keçmiş insanların əvvəlki həyatı, gələcək isə öülümündən sonra başlayacağı iddia edilən yeni həyatdır. Buna görə bu gün kasıb olan bir insanın əvvəlki həyatında pisliklər etdiyinə və bunun əvəzini bu həyatında kasıbçılıqla aldığına inanılır. Bu batil inanc pis bir insanın sonrakı həyatında bitki və ya heyvan ola biləcəyi kimi iddialara da yer verir.
Karma inancının zərərli nəticələrindən biri insanların acizliklərinin, kasıblıqlarının və zəifliklərinin onların əxlaqi qüsurlarının bir nəticəsi olan cəza kimi göstərməsidir. Karma inancına görə, əgər bir insan kasıb və ya şikəstdirsə, bunun səbəbi əvvəlki həyatında etdiyi pisliklərdir və dolayısı ilə yenidən dünyada bu cür yaşamağa layiqdir.

Bu batil inanc əsrlər boyu Hindistanda "kasta sistemi" kimi tanınan çox ədalətsiz bir cəmiyyət quruluşunun olmasının da ən mühüm səbəbidir. (Buddizmin əslində Hinduizmdən törədiyi, karmanını da Hinduizmdən gəldiyi yaddan çıxarılmamalıdır). Karma inancına görə, kasıb, xəstə, şikəst insanlar alçaldılmış və onlar da kasta sistemində əzilmişlər. Sistemin ən yüksək pilləsində olan varlılar və idarəçilər sinfi isə bu xüsusiyyətlərini təbii bir haqq olaraq qəbul etmişlər. Halbuki İslamda insanların zəiflikləri bir günah deyil, Allahın göndərdiyi bir imtahan olaraq qəbul edilir. Başqa insanların ehtiyac içində olan bu insanlara kömək etməsi çox mühüm bir vəzifə olaraq əmr edilir. Buna görədir ki, İslam - və İslamla eyni Ilahi mənbədən gələn, lakin sonradan təhrif edilən xristianlıq və yəhudilik - çox güclü bir sosial ədalət anlayışına sahibdir. Buddizm və Hinduizm kimi karma inancları isə tam əksinə, sosial ədalətin qarşısında böyük bir maneədir.

Karmanın əsası reenkarnasiya inancı, yəni insanların eyni ruhla davamlı olaraq müxtəlif bədənlərlə dünyaya yenidən gəldiyi düşüncəsidir. Karma bu inanca bir də "hər həyatın sonrakına təsir etdiyi" fərziyyəsini əlavə etmişdir. Ancaq bu inanc bircə sualla dağılmağa məhkumdur. İddia edilən bu karma inancı necə işləyəcəkdir? Buddizm Allahın mövcudluğunu qəbul etmir. Elə isə insanları əvvəlki həyatlarına görə kim hesaba çəkib buna görə təzə bir bədənlə dünyaya göndərəcəkdir? Bu sualın cavabı yoxdur. Buddistlər bunun bir təbiət qanunu kimi "öz-özünə" işlədiyinə inanırlar. Halbuki təbiət qanunlarını yaradan da Allahdır. İnsanların həyatı boyu tutduğu əməllərə nəzarət edəcək, bunların hesabatını aparacaq, sonra onları öləndən sonra bu hesaba görə sorğu-suala tutacaq, bunun nəticəsində onlara yeni bir həyat tərzi müəyyənləşdirəcək, onları bu yeni həyat tərzinə uyğun olaraq yenidən yaradacaq və bu ssenarini dünyadakı milyardlarla insan (və heyvan) üzərində qüsursuz şəkildə həyata keçirə biləcək bir "təbiət qanunu" yoxdur. Ortada belə bir təbiət qanunu olmadığına görə belə bir mərhələ də əlbəttə ki, mövcud ola bilməz. Reenkarnasiya inancının heç bir məntiqli yönü olmasa da onun dünyanın dörd bir yanında bu qədər tərəfdarının olmasının əsas səbəbi dinə inanmayan, axirətin varlığını inkar edən və ölümdən qorxan insanların reenkarnasiyanı bu qorxularını məğlub etmək üçün bir çıxış yolu kimi qəbul etməsidir. Çünki reenkarnasiya inancının əsasında da - karmada olduğu kimi - ölümdən qorxmamağın lazım gəldiyi və insanın yenidən anadan olmaqla arzularına çata biləcəyi yönündə əslində həqiqətdən uzaq bir təskinlik durur.

Reenkarnasiya bir təbiət qanunu kimi öz-özünə ola bilməyəcəyinə görə bunun ancaq fövqəltəbii bir yaradılışla təmin edilə biləcəyi aydındır. Ancaq Qurana baxanda reenkarnasiyanın bir xurafat olmasının şahidi oluruq. Allahın insanlara yolgöstərən olaraq göndərdiyi Kitab reenkarnasiyanı açıq-aşkar təkzib edir.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313