İslam

Buddizm

Buddizm

batil inanca dayanan ateist
bir dindir.

Materialist qərb mədəniyyəti və buddizm

Bu gün buddizmi dünyanın gündəminə gətirən ən böyük səbəb bu dinin ənənəvi coğrafiyası olan Uzaq Şərqdəki mövcudluğu deyil, Qərbdə aparılan təbliğatdır. Bu təbliğatın başlanğıcı XIX əsrə qədər gedib çıxır. XX əsrin ikinci yarısında isə buddizm getdikcə nəzərləri cəlb etmək və "orijinal" olmaq istəyən insanlar üçün bir dəb halına gəlməyə başlamışdır.

Bu dəbin başlanğıcı xüsusilə 1960-cı illərdəki pop musiqisi mədəniyyətinə söykənir. Həmin illərdə Qərb gəncliyinin bir hissəsi və bəzi Qərb ziyalıları ənənəvi xristian inancını tərk edərək yeni axtarışlara başlamışdılar. Bəziləri axtardıqlarını Uzaq Şərq dinlərində tapmışdı. Bu axtarışların ən mühüm səbəbləri isə "əks olmaq", "sistemə qarşı çıxmaq" və bu yolla nəzərləri özlərinə cəlb etmək idi. 60-cı illərin pop mədəniyyətini müəyyənləşdirən "Bitlz" ("Beatles") qrupunun üzvlərindən Corc Harrison (buddizmə oxşayan Uzaq Şərq bütpərəst inancı olan) hinduizmi qəbul etdiyini elan edəndə bu qrupun heyranları da bu təlimə diqqət yönəltməyə başladılar. Con Lennon "Kainat boyunca" ("Across the Universe") adlı mahnısında buddist "mantra"lardan (müqəddəs ritmlər) istifadə etdi. 60-cı və 70-ci illərin "xippi" gəncliyi arasında buddist melodiyaları, geyimləri və sözləri çox dəbdə idi.

Buddizm haqqında diqqətçəkici məqam onun bu cür məşhur mədəniyyət vasitələri ilə Qərb dünyasına sistemli şəkildə təlqin edilməsidir. Populyar mədəniyyətin ən mühüm memarı olan Hollivud bu məsələdə ən öndə gedir. Hollivudun əsas etibarı ilə Amerikanın "liberal" qanadının fikirlərinin əks etdirdiyi, yəni əksəriyyət etibarı ilə xristian inancına və əxlaqına zidd dəyərləri müdafiə etməsi məlum olan bir həqiqətdir. Hollivud dinin əleyhinə olan nəzəriyyələrin müdafiə edilməsində də ön cərgələrdədir. Məsələn, təkamül nəzəriyyəsi elm yönümlü kinoların əksəriyyətində tamaşaçılara güclü bir formada təqdim edilir. Təkamül-yaradılış mübahisəsində Hollivud filmləri demək olar ki, həmişə darvinistlərin yanındadır (Hollivudun məşhur "Küləyi miras al" (“İnherit the Wind") kinosu ilə başlayan bir "din əleyhinə darvinist təbliğat" ənənəsi var). Hollivud filmlərində İslamın pis şəkildə göstərilməsi və onun aşağılanması təmayülü isə çox aydın olan başqa bir "strategiya"dır.

Ancaq xristianlıq və İslam kimi ilahi dinlərə ümumiyyətlə müsbət yanaşmayan Hollivud dünyası buddizm məsələsində tam zidd bir yoldadır. Buddizm mərhəmətli, sülhlə dolu və cazibəli bir din kimi göstərilir. Bred Pittin baş rolda çəkildiyi "Tibetdə yeddi il" ("Seven Years İn Tibet") və ya Martin Skorsizin rejissoru olduğu və buddist baş rahib Dalay Lamanın həyatından bəhs edən "Kundun" kimi filmlər buddizmin geniş kütlələrə təlqin edilməsi vəzifəsini yerinə yetirir.
Kinolar qədər aktyor və aktrisaların özəl həyatı da buddizm təbliğatında mühüm rol oynayır. Döyüş filmlərinin məşhur ulduzu sayılan Stiven Siqal "Tibet buddizmi Nyinqma dərnəyi" tərəfindən XV əsrdə yaşamış bir "lama"nın reenkarnasiyası elan edilmişdir. Məşhur aktyor Riçard Gir aktrisa Uma Turmanın atası Riçard Turmanla birlikdə Nyu-York şəhərində "Tibet evi" qurmuş, buddizmi müdafiə edən kitablar yazmışdır. Digər tanınmış buddistlərin arasında Tina Törner, Harrison Ford, Oliver Stoun, Herbi Henkok, Kurtni Lav kimi adları göstərmək olar.

Şübhəsiz ki, özəl həyatları ancaq onların özlərini düşündürər. İnsanlar da istədikləri inancı qəbul etməkdə azaddır. Əgər bu insanlar həqiqi İslamı öyrənsələr, ürəklərinin dərhal isinəcəyinə də şübhə yoxdur. Ancaq bura qədər xülasə etdiyimiz mənzərənin göstərdiyi mühüm bir nəticə var: buddizm əsasən materialist bir mədəniyyətə sahib olan qərblilərin diqqət və marağına səbəb olur və onlar tərəfindən qəbul olunub müdafiə edilir. Materialist Qərb mədəniyyəti öz mənəviyyatının mənbəyi olan yəhudi-xristian mədəniyyətindən uzaqlaşarkən buddizmi təsdiq edir. Bəs nəyə görə belədir?


Bu suala cavab vermək üçün əvvəlcə "materialist Qərb mədəniyyəti"nin əsas xüsusiyyətlərini aydınlaşdırmaq lazımdır. XVIII əsrdə bünövrəsi qoyulan, XIX əsrdə nəzəri çərçivəsi qurulan və XX əsrdə də (nəzəri çərçivəsi getdikcə çürüsə də) kütləviləşən bu mədəniyyət:


- Allahın varlığını inkar edir. Kainatın təsadüfi əsər olduğuna inanır;
- canlıların necə meydana gəldiyi sualına verdiyi cavab "təkamül"dür. Darvinizmin canlı həyatı izah etdiyini qəbul edir;
- insanın "bir növ heyvan" olduğunu qəbul edir. İnsan ruhunun varlığını rədd edir;
- ölümdən sonrakı həyatı, dirilişi, hesab gününü, cənnət və cəhənnəmin varlığını rədd edir.

Materialist Qərb mədəniyyətinin hər biri böyük yanlışlıq olan bu fikirləri əlbəttə ki, ilahi dinlərə ziddir. Ancaq çox qəribədir ki, bu yanlışlıqları eynilə paylaşan başqa bir mədəniyyət də var: buddizm.

Bizimlə əlaqə
Əlaqə saxla

Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.

© Copyright 2014 © 2014 Design Studio 313